...

Ötən gün borca görə 18 nəfər saxlanılıb

Hadisə Materials 16 Aprel 2021 11:57 (UTC +04:00)
Ötən gün borca görə 18 nəfər saxlanılıb

Bakı. Samir Əli - Trend:

Daxili İşlər Nazirliyi (DİN) aprelin 15-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

DİN-in mətbuat xidmətindən Trend-ə bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 24 cinayətin üstünü “isti izlər”lə açıblar.

Əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 28 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Gün ərzində narkotiklə əlaqəli 18 fakt, silah-sursatla bağlı 3 fakt müəyyənləşdirilib, cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.

Ötən gün ölkə ərazisində 2 yol nəqliyyat hadisəsi baş verib ki, nəticədə 2 nəfər ölüb, iki nəfər isə xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti