...

Ötən gün ictimai yerlərdə daha 3 koronavirus xəstəsi saxlanılıb

Hadisə Materials 22 Aprel 2021 10:08 (UTC +04:00)
Ötən gün ictimai yerlərdə daha 3 koronavirus xəstəsi saxlanılıb

Bakı. Samir Əli - Trend:

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən aprelin 21-də respublika ərazisində 3 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə xəstəxanaya yerləşdirib.

Barələrində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.
Bir daha vətəndaşlarımızdan koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edirik.

Twitter : GuleliyevSamir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti