...

FHN əməkdaşları ötən gün 3 nəfəri xilas edib

Hadisə Materials 24 Aprel 2021 10:55 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 16 yanğına çıxış və 2 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutka ərzində 3 nəfər xilas edilib.

Twitter : GuleliyevSamir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti