...

Xarici valyutanın qanunsuz olaraq ölkədən çıxarılmasının qarşısını alındı

Hadisə Materials 27 Aprel 2021 11:41 (UTC +04:00)
Xarici valyutanın qanunsuz olaraq ölkədən çıxarılmasının qarşısını alındı

Bakı. Samir Əli - Trend:

Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları xarici valyutanın qanunsuz olaraq ölkə ərazisindən çıxarılmasının qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Baş İdarənin "Qırmızı Körpü" gömrük postunda Azərbaycandan Gürcüstana gedən, həmin ölkə vətəndaşının idarə etdiyi "Mercedes Benz" markalı nəqliyyat vasitəsi saxlanılıb, sürücüsü şifahi sorğu sual olunub.

Sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində olan 9500 ABŞ dollarını gömrük nəzarətinə təqdim edib. Daha sonra nəqliyyat vasitəsinə baxış keçirilib.

Yoxlama zamanı avtomobilin salonunda olan gödəkçənin cibində gömrük nəzarətindən gizlədilən 1 milyon 548 min rus rublu, vətəndaşın üzərindən isə 4000 ABŞ dolları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti