...

Tərtərdə baş verən qətlə xəyanət səbəb olub - TƏFƏRRÜAT

Hadisə Materials 18 İyun 2021 15:56 (UTC +04:00)
Tərtərdə baş verən qətlə xəyanət səbəb olub - TƏFƏRRÜAT

Bakı. Samir Əli - Trend:

Tərtər rayonunda baş verən qətl hadisəsinin təfərrüatları məlum olub.

Trend-in Qarabağ bürosunun məlumatına görə, qətl qısqanclıq zəminində baş verib. Hadisəni törədən rayon sakini Anar Əliyev Şəki rayon Sarıca kəndində müəllim işləyir. A. Əliyev həyat yoldaşının ona xəyanət etdiyini əsas gətirərək ondan boşanmaq qərarı verib və bununla bağlı müəllim məhkəməyə müraciət edib. Bu gün keçirilən məhkəmə prosesindən sonra Anar Əliyev həyat yoldaşı Arzu Abbasova ilə mübahisə edib. Mübahisə zamanı A.Əliyev üzərində gəzdirdiyi bıçaqla Arzu Abbasova 2-3 zərbə vurub. Daha sonra o məhkəmə binasının qarşısında qadının boğazını kəsib. Yaxınlıqdakı şəxslər A.Əliyevi saxlayaraq hüquq-mühafizə orqanlarına məlumat verib.

Cütlüyün birgə nikahdan 3 övladı var.

Anar Əliyevə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. O, şübhəli şəxs qismində istintaqa təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti