...

Mərdəkandakı yanğın söndürülüb

Hadisə Materials 23 İyun 2021 13:07 (UTC +04:00)
Mərdəkandakı yanğın söndürülüb

Bakı. Trend:

Bakının Mərdəkan qəsəbəsində ağaclıq ərazidə baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən xəbərə görə, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının olduğu əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq saat 12:43-də tam söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti