...

Binəqədidə supermarket yanıb

Hadisə Materials 1 İyul 2021 18:00 (UTC +04:00)

Bakı. Çingiz Səfərli - Trend:

Bakının Binəqədi rayonunda mağaza yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Naxçıvani küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində fəaliyyət göstərən "Bazar Store" supermarketinə aid 10 ədəd kondisioner, 1 ədəd reklam lövhəsi və müşahidə kamerası yanıb.

Bina və yaxınlıqdakı qurğular yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti