...

İsmayıllıda yük avtomobili yanıb

Hadisə Materials 4 İyul 2021 21:13 (UTC +04:00)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə İsmayıllı rayonunun Gəndov kəndində yük avtomobilində yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

FHN-dən Trend-ə verilən məlumata görə, yanğın nəticəsində "Tatra" markalı yük avtomobilinin yanar hissələri və banına yığılmış 250 ədəd ot bağlaması yanıb. Yanğından mühafizə bölmələri çatana kimi sürücü müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb.

Yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq saat 20:13-də söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti