...

Kür çayında batan digər şəxsin də meyiti tapılıb

Hadisə Materials 11 İyul 2021 16:42 (UTC +04:00)
Kür çayında batan digər şəxsin də meyiti tapılıb

Bakı. Trend:

08.07.2021-ci il tarixində Kür çayında (Qazax rayonunun Birinci Şıxlı kəndi ərazisi) batan 2006-cı il təvəllüdlü Fəttahov Həmzə Arif oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, H.Fəttahovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti