...

Bakıda parkda yanğın olub

Hadisə Materials 12 İyul 2021 17:46 (UTC +04:00)
Bakıda parkda yanğın olub

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən parkda yanğın olması barədə məlumat daxil olub. Məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğının genişlənməsinin qarşısı alınıb, yanğın saat 17:20-də söndürülüb.

İlkin məlumata əsasən, təqribən 150 m² sahədə quru ot və kol-kos yanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti