Göygöldə 31 yaşlı kişi minaya düşərək ölüb

Hadisə Xəbər 14 İyul 2021 22:59 (UTC +04:00)
Göygöldə 31 yaşlı kişi minaya düşərək ölüb

Bakı. Samir Əli - Trend:

Göygöl rayon sakini rayon ərazisində minaya düşüb.

Trend-in məlumatına görə, hadisə rayonun Bənövşəli kəndində baş verib.

Kənd sakini, 1990-cı il təvəllüdlü Ocaqquliyev Ramal Kamal oğlu kəndin otlaq sahəsində heyvan otararkən minaya düşərək həlak olub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti