...

Yevlaxda çətənə bitkisinin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb (FOTO)

Hadisə Materials 16 İyul 2021 11:24 (UTC +04:00)
Yevlaxda çətənə bitkisinin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb (FOTO)

Bakı. Trend:

“Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirləri uğurla davam etdirilir. Bu istiqamətdə Yevlax Rayon Polis və Mühafizə Şöbələrinin əməkdaşlarının daxil olmuş məlumat əsasında birgə keçirdikləri tədbirlər nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, rayon sakini Məhəmməd Məmmədov saxlanılıb. M.Məmmədovun evinin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan aqrotexniki qaydada yetişdirilmiş çəkisi 42 kiloqramdan artıq olan 13 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı Yevlax RPŞ-də araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti