...

Xəzərdən 21 kq-dan çox narkotik olan bağlama tapılıb - DSX

Hadisə Materials 10 Avqust 2021 10:06 (UTC +04:00)
Xəzərdən 21 kq-dan çox narkotik olan bağlama tapılıb - DSX

Bakı. Trend:

Xəzərdən 21 kq-dan çox narkotik olan bağlama tapılıb.

Dövlət Sərhəd Xidmətindən Trend-ə verilən məlumata görə, avqust ayının 4-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin bölmələrinin xidməti-döyüş fəaliyyəti çərçivəsində Xəzər dənizinin cənub istiqamətində Lənkəran reydində dəniz sərhədlərinin mühafizəsini həyata keçirən sərhəd gözətçi gəmisi tərəfindən ərazinin müşahidəsi zamanı dəniz istiqamətləndirici nişanına bərkidilmış bir ədəd şübhəli bağlama aşkarlanmışdır. Bağlamaya keçirilmiş baxış zamanı içərisində 20 ədəd kiçik hissələrə bölünmüş şəkildə ümumi çəkisi 21 kiloqam 255 qram “tiryək”ə bənzər narkotik vasitə aşkar olunaraq götürülmüş, fakt üzrə əməliyyat-istintaq tədbirlərinə başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti