Bakı. Trend:
Bakının Səbail rayonunda yaşayış evində baş verən yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Görülmüş operativ tədbirlər sayəsində yanğın genişlənməsinin qarşısı alınaraq qısa müddətdə söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
XXX
17:17
Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsində fərdi yaşayış evində yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Əlavə məlumat veriləcək.