...

Arvadını qətlə yetirən şəxsin işi məhkəməyə göndərilib

Hadisə Materials 3 Sentyabr 2021 10:27 (UTC +04:00)
Arvadını qətlə yetirən şəxsin işi məhkəməyə göndərilib

Bakı. Fərid Zöhrabov - Trend:

Arvadını qətlə yetirən şəxsin işi məhkəməyə göndərilib.

Qobustan rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, 2021-ci il martın 18-də Qobustan rayon ərazisində 1986-cı il təvəllüdlü rayon sakini Billurə Rəsulovanın yaşadığı evdə qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

İstintaqla müəyyən edilmişdir ki, zərərçəkmişin əri 1980-ci il təvəllüdlü Elnur Rasulov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Billurə Rəsulovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürüb.

İş üzrə toplanmış sübutlar əsasında Elnur Rasulova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilib, cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti