...

Lənkəran sakininin həyətindən 31 kiloqramdan çox çətənə kolu tapıldı (FOTO)

Hadisə Materials 3 Sentyabr 2021 14:49 (UTC +04:00)
Lənkəran sakininin həyətindən 31 kiloqramdan çox çətənə kolu tapıldı (FOTO)

Bakı. Humay Ağacanova -Trend:

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik xassəli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, şübhəli bilinən rayonun Tütəpeştə kənd sakini Namik Qurbanov saxlanılıb.Şəxsi axtarış zamanı ondan 47 qramdan artıq qurudulmuş marixuana aşkarlanıb.

Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq N.Qurbanovun yaşadığı evin həyətindəki yardımçı tikilidən 4 kiloqram 440 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Bundan əlavə həmin şəxsin yaşadığı həyətdə əkərək kultivasiya yolu ilə yetişdirdiyi yaş halda çəkisi 31 kiloqramdan artıq olan 29 ədəd narkotik xassəli çətənə kolu aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti