...

Qanunsuz ov edən şəxslər cəzalandırılıb

Hadisə Materials 7 Sentyabr 2021 17:41 (UTC +04:00)
Qanunsuz ov edən şəxslər cəzalandırılıb

Bakı. Çingiz Səfərli - Trend:

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Xızı rayonu akvatoriyasında, Mingəçevir su anbarında, Araz və Xaçın çaylarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Trend-in məlumatına görə, xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Xızı rayon sakini Ramal Səfərov, Samux rayon sakini Ruslan Quliyev, Yevlax rayon sakini Zamin Həşimov, İmişli rayon sakini Səhliyal Fətullayev olduğu müəyyən edilib.

Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

Eyni zamanda, Xızı rayonu ərazisində ova cəhd edən Bakı şəhər sakini Zaur Tuayev və Sumqayıt şəhər sakini Fikrət Xalıqov saxlanılaraq cərimələnib.

Twitter:@cingizsafarli

Xəbər lenti

Xəbər lenti