...

Qazaxda minik maşını yanıb

Hadisə Materials 7 Sentyabr 2021 20:09 (UTC +04:00)
Qazaxda minik maşını yanıb

Bakı. Trend:

Qazax rayonunun Bala Cəfərli kəndində "ГАЗ" markalı minik avtomobilinin salon və mühərrik hissəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti