...

Bakıda yol polisi avtomobili qadını vurub öldürdü

Hadisə Materials 10 Sentyabr 2021 23:36 (UTC +04:00)
Bakıda yol polisi avtomobili qadını vurub öldürdü

Bakı. Samir Əli - Trend:

Bakıda yol patrul xidməti avtomobili piyadanı vurub öldürüb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisində Heydər Əliyev prospektində baş verib.

Prospektdə hərəkətdə olan Yol Patrul Xidmətinə məxsus 99-YP-358 dövlət nişanlı “BMW” markalı avtomobil yolu keçən Bakı şəhərində yaşayan, 1950-ci il təvəllüdlü Ağalarova Mirhəcər Miryaqub qızını vurub. Avtomobildə olan polis əməkdaşı Əliyev Emil Güləsəd oğlu yaralını 3 saylı şəhər klinik xəstəxanasına çatdırmağa cəhd etsə də, qadın yolda dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti