...

Salyan sakinlərindən "patı" və marixuana aşkarlandı

Hadisə Materials 15 Sentyabr 2021 13:02 (UTC +04:00)
Salyan sakinlərindən "patı" və marixuana aşkarlandı

Bakı. Fərid Zöhrabov - Trend:

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatları əsasında keçirilən tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri Elşən Quliyev və Nahid Qurbanov saxlanılıblar.

Onların üzərinə keçirilən baxış zamanı “patı” kimi tanınan psixotrop maddə metamfetamin və marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti