...

Bakı-Sumqayıt yolunda uzun tıxac yaranıb, hərəkət məhdudlaşdırılıb

Hadisə Materials 29 Sentyabr 2021 08:53 (UTC +04:00)
Bakı-Sumqayıt yolunda uzun tıxac yaranıb, hərəkət məhdudlaşdırılıb

Bakı. Samir Əli - Trend:

Bakı-Sumqayıt yolunda səhər saatlarından etibarən uzun tıxac yaranıb.

Trend-in məlumatına görə, tıxac Saray postu istiqamətindən başlayır. Avtomobillərin sıxlığından Saray postundan və Xırdalan şəhərinin girişindən Bakı istiqamətinə hərəkət edən nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Dövlət Yol Polisi əməkdaşları avtomobilləri Bakı istiqamətinə hissə-hissə buraxmaqla yollarda hərəkəti nizamlamağa çalışır.

Yolda yaranan tıxac metronun 20 Yanvar stansiyasının yaxınlığına qədər davam edir.

Qeyd edək ki, bu gündən ölkə üzrə ümumi təhsil müəssisələrinin bütün sinifləri üzrə, eləcə də məktəbdənkənar, peşə, orta ixtisas və ali təhsil müəssisələrində ənənəvi şəkildə tədrisə başlanılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti