...

Abşeronda fərdi ev yanıb

Hadisə Materials 10 Oktyabr 2021 23:04 (UTC +04:00)

Bakı. Trend:

Abşeron rayonunun Fatmayı kəndində ümumi sahəsi 130 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları və içərisindəki əşyalar qismən yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti