...

Ötən gün borca görə axtarışda olan 64 nəfər saxlanılıb

Hadisə Materials 11 Noyabr 2021 09:17 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 44 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 15 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 75 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 64 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti