...

Samuxda ov edən şəxs cəzalandırılıb

Hadisə Materials 26 Noyabr 2021 10:38 (UTC +04:00)
Samuxda ov edən şəxs cəzalandırılıb

Bakı. Çingiz Səfərli - Trend:

Samux Ovçuluq Təsərrüfatının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı ovçuluq təsərrüfatının ərazisində ov edən şəxs saxlanılıb.

Trend-in məlumatına görə, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib ki, araşdırma zamanı brakonyerin Gəncə şəhər sakini Telman Rəhimov olduğu müəyyən edilib.

“Faktla bağlı qanun pozucusu barəsində qanunamüvafiq tədbirlər görülüb”, - məlumatda qeyd edilir.

Twitter: @cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti