...

Xızıda evlərdən oğurluq edən şəxs saxlanılıb (FOTO/VİDEO)

Hadisə Materials 27 Yanvar 2022 11:04
Xızıda evlərdən oğurluq edən şəxs saxlanılıb (FOTO/VİDEO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Xızı Rayon Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini, Xızı rayonunda ona məxsus evdən qapını sındırma yolu ilə oğurluq edilməsi barədə məlumat verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar Xızı RPŞ-nin əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirləri keçirilib və oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Xızı rayon sakini Xudayar Məmmədov saxlanılıb.

Həmin şəxsin zərərçəkmişə aid evə girərək qızıl-zinət əşyaları, müxtəlif növ məişət avadanlıqları, matorlu otbiçən aparat, kompüter prosessoru və s. oğurladığı müəyyən edilib.

Faktla bağlı Xızı RPŞ-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti