...

Əjdər Olun məhkəməsi keçirilib

Hadisə Materials 27 Yanvar 2022 14:08
Əjdər Olun məhkəməsi keçirilib

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda rüşvət almaqda təqsirləndirilən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri Əjdər Cəbiyevin (Əjdər Ol) cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində dindirilən Dövlət Sosial Müdafiə Fondunda və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müvafiq vəzifələrdə çalışmış şəxslər təqsirləndirilən şəxsə verilmiş ittihamlarla bağlı prokurorun suallarını cavablandırıblar.

Proses fevralın 2-də şahid ifadələri ilə davam etdiriləcək.

Qeyd edək ki, Əjdər Cəbiyev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. O, külli miqdarda rüşvət almaqda ittiham olunur. Onun barəsində istintaq orqanının təqdimatı əsasında Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Ə.Cəbiyev Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əjdər Ol təxəllüsü ilə tanınan şair-publisistdir.

Əjdər Ol Səlim Müslümovun nazir olduğu dövrdə nazirliyin aparat rəhbəri işləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti