...

Lənkəran sakinlərindən qanunsuz silahlar götürülüb

Hadisə Materials 28 Yanvar 2022 11:31 (UTC +04:00)
Lənkəran sakinlərindən qanunsuz silahlar götürülüb

Bakı. Trend:

Lənkəran sakinlərindən qanunsuz saxladıqları odlu silahlar aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bu istiqamətdə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı rayon sakinləri A.Əliyev, B.Əzizovdan qanunsuz olaraq saxladıqları müxtəlif markalı 2 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.

Silahlar aidiyyəti üzrə təhvil verilib. Faktlar üzrə Lənkəran ŞRPŞ-də müvafiq araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti