...

40 yaşlı qadın məktəbdə bıçaqlanaraq öldürülüb

Hadisə Materials 11 Fevral 2022 13:28 (UTC +04:00)
40 yaşlı qadın məktəbdə bıçaqlanaraq öldürülüb

Bakı. Samir Əli - Trend:

İsmayıllı rayonunda orta məktəbdə qətl hadisəsi baş verib.

Trend- in məlumatına görə, hadisə rayonun Basqal kənd orta məktəbinin qarşısında qeydə alınıb. məktəbdə gözətçi işləyən, 1997-ci il təvəllüdlü Əhmədli Bəxtiyar Qurban oğlu məktəbin texniki işçisi, 1982-ci il təvəllüdlü Qəhrəmanova Gülarə Qara qızını bıçaqlayaraq öldürüb.

B.Əhmədli hadisə yerindən qaçıb.

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda araşdırma aparılır. Hüquq-mühafizə orqanları tərəfindən B.Əhmədlinin axtarışları davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti