...

Mingəçevirdə kafedə yanğın olub

Hadisə Materials 12 Fevral 2022 09:10 (UTC +04:00)
Mingəçevirdə kafedə yanğın olub

Bakı. Trend:

Mingəçevir şəhərində kafe kimi fəaliyyət göstərən tikilidə yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Mingəçevir şəhərində ümumi sahəsi 200 m² olan kafe kimi fəaliyyət göstərən birmərtəbəli tikilinin yanar konstruksiyaları 150 m² sahədə, içərisində 10 ədəd soyuducu və 3 ədəd kondisioner yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti