...

Narkotik və silah saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb (FOTO)

Hadisə Materials 2 Mart 2022 12:20 (UTC +04:00)
Narkotik və silah saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb (FOTO)

Bakı. Fərid Zöhrabov - Trend:

Samux rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Goranboy rayon sakini Tahir Bədəlov saxlanılıb.

Trend xəbər verir ki, onun əlindəki çantaya baxış keçirilən zaman 3 kq 640 qram çəkidə narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. Bundan başqa şübhəli şəxsə məxsus çantadan bir ədəd istifadəyə yararlı, lülə və qundağı kəsilmiş tüfəng də aşkarlanıb.

Saxlanılan şəxs maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti