...

Bərdədə qadını vurub qaçan keçmiş məhkum saxlanıldı

Hadisə Materials 26 Mart 2022 11:24 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bərdə rayonunda avtomobil qadını vurub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinə martın 24-də saat 20 radələrində şəhər ərazisində yolu keçən F.Bağırovanın müəyyən edilməmiş avtomobillə vurulması nəticəsində xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “VAZ-21011” markalı avtomobillə törədilməsi müəyyən edilmiş və həmin nəqliyyat vasitəsini idarə edən Böyük Göyüşlü kənd sakini, əvvəllər məhkum olunmuş S.Məmmədov saxlanılıb.

Bərdə RPŞ-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti