...

Həbsdəki ərinə telefon ötürmək istəyən qadın saxlanılıb

Hadisə Materials 5 Aprel 2022 16:54 (UTC +04:00)
Həbsdəki ərinə telefon ötürmək istəyən qadın saxlanılıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına mobil telefon aparatının keçirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə Trend-ə Penitensiar Xidmətdən məlumat verilib.

Cinayət Məcəlləsinin 234.2; 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Rahib Zahid oğlu Babayevlə qısamüddətli görüşə gəlmiş həyat yoldaşı Ağdaş rayon sakini Nərmin Xələddin qızı Babayevanın şəxsi əşyalarına və üzərinə baxış keçirilən zaman, pul kisəsinin içərisində gizlədilmiş daxilində danışıq kartları olan 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti