...

Qusarda kişi arvadını öldürüb, daha sonra isə intihar edib

Hadisə Materials 19 Aprel 2022 22:59 (UTC +04:00)
Qusarda kişi arvadını öldürüb, daha sonra isə intihar edib

Trend-i buradan izləyin

Bakı. Trend:

Aprelin 19-u Qusar rayonu, Bədişqala kəndi ərazisində 1982-ci il təvəllüdlü Marat Yüzbəyov və 1984-cü il təvəllüdlü Sənubər Yüzbəyovanın yaşadıqları evdə ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qusar rayon prokurorluğundan Trend-ə bildirilib ki, aparılmış ilkin araşdırmalarla Sənubər Yüzbəyovanın əri Marat Yüzbəyovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Sənubər Yüzbəyovaya xəsarət yetirərək qəsdən öldürməsinə, daha sonra özünü asaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qusar rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti