...

Prokuror 2 milyon manatlıq oğurluqda təqsirləndirilən dəstəyə 18 il 6 ay cəza istədi

Hadisə Materials 22 Aprel 2022 12:16 (UTC +04:00)
Prokuror 2 milyon manatlıq oğurluqda təqsirləndirilən dəstəyə 18 il 6 ay cəza istədi

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda evlərdən 2 milyon manatlıq oğurluq etməkdə təqsirləndirilən Cavid Süleymanov və Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxslərə cəza istəyib.

Prokuror təqsirləndirilən şəxs Cavid Süleymanova 9 il 6 ay, Əhməd Əhmədova isə 9 il cəza istəyib.
Prosesdə vəkillər müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.

Proses aprelin 28-də davam etdiriləcək.

Xatırladaq ki, ittihama görə, Əhməd Əhmədov və Cavid Süleymanov Səhiyyə Nazirliyinin sabiq baş infeksionisti, Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının müdiri olmuş Cəlal İsayev və Azərbaycan millisinin keçmiş yarımmüdafiəçisi Ceyhun Sultanovun da mənzilini qarət edib.

Zərərçəkənlər arasında futbol üzrə Azərbaycan millisinin keçmiş futbolçusu Ceyhun Sultanov, uzun illər daxili işlər orqanlarında rəhbər vəzifələrdə çalışmış general-mayor Sahib Mirzəyevin oğlu Vüsal Mirzəyev də var. Cinayət işinin materiallarından məlum olub ki, alpinizm texnikası ilə mənzil oğurluqlarının üstü general oğlunun evində oğurluq baş verənlərdən sonra açılıb. İttihama əsasən, V.Mirzəyevə 167 min manat ziyan vurulub.

Oğurluq hadisələri zamanı zərərçəkənlərə təxminən 2 milyon manata yaxın maddi ziyan vurduqları müəyyən edilib

Xəbər lenti

Xəbər lenti