...

"Azərsun Sənaye Parkı”nda yanğının söndürülməsinə 2 helikopter cəlb edilib (ƏLAVƏ OLUNUB) (FOTO/VİDEO)

Hadisə Materials 28 Aprel 2022 19:41 (UTC +04:00)

Bakı. Trend:

Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində "Azərsun Sənaye Parkı”nın ərazisində yanğın davam edir.

Trend xəbər verir ki, hadisə yerinə yanğınsöndürən maşınlardan əlavə, 2 helikopter cəlb edilib.

***

18:35

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində "Azərsun Sənaye Parkı”nın ərazisində yanğın olması barədə məlumat daxil olub.

FHN-dən Trend-ə bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti