...

Metroda qatarda problem yaranıb

Hadisə Materials 18 May 2022 19:47
Metroda qatarda problem yaranıb

Trend-i buradan izləyin

Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda metro stansiyasında qatarda problem yaranıb.

Bakı metropolitenindən Trend-ə verilən məlumata görə, "Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatar "Gənclik" stansiyasında ikən sərnişin salonunda tüstü effektli spesifik qoxu hiss olunub.

"Maşinist qatara baxış keçirib. Hər hansısa problem aşkarlanmayıb. Bununla belə sərnişinlərin hər hansısa narahatlıq keçirməməsi məqsədilə qatarın yolunu sərnişinsiz davam etdirməsi qərara alınıb. "Nizami" stansiyasında qatara təkrar baxış keçirilib. Lakin yenidən problem aşkarlanmasa da, onun müvəqqəti ehtiyat qatarla əvəzlənməsi qərara alınıb. Nəticədə, "Nizami-Dərnəgül" və əks istiqamətdə intervalda 3 dəqiqə fərq hiss olunub.

Hadisənin vaqonlardan birinin qapısına müdaxilə ehtimalı ilə maşinistin qəfil tormozlaması nəticəsində baş verdiyi ehtimal olunur. Belə hallarda qatarın təkərlərinin qəliblərindən məhz spesifik tüstü təsirli qoxu hiss olunur. Dəqiq araşdırma aparılır", - məıumatda bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti