...

Metro qatarında problem olub: intervalda gecikmə var

Hadisə Materials 19 May 2022 11:22 (UTC +04:00)
Metro qatarında problem olub: intervalda gecikmə var
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda metro qatarında problem yaranıb.

Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə açıqlamasında bildirib ki, hadisə "Həzi Aslanov-Dərnəgül" marşrutu ilə hərəkət edən qatarda baş verib.

"Həmin qatarda nasazlıq yaranıb. "Ulduz" stansiyasında sərnişinlər düşürülüb. Qatar depoya göndərilib, əvəzinə qatar verilib. Nəticədə, iki qatar arasında intervaldan əlavə 2 dəqiqə fərq yaranıb. Ehtiyat qatar xəttə verildiyindən bu fərq qısa müddətdə aradan qaldırılacaq", - B.Məmmədov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti