...

İran-Azərbaycan sərhədini pozmağa çalışan azərbaycanlı güllələnib

Hadisə Materials 19 May 2022 13:47 (UTC +04:00)
İran-Azərbaycan sərhədini pozmağa çalışan azərbaycanlı güllələnib
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

İran Azərbaycan sərhədini pozmağa cəhd edən azərbaycanlı İran sərhədçiləri tərəfindən güllələnərək öldürülüb.

Bu barədə Trend-ə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Məlumatda bildirilib ki, may ayının 16-da İran sərhəd nümayəndəliyi xətti ilə Azərbaycan vətəndaşı Musayev Mircavad Mircəlal oğlunun İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd edərkən bu ölkənin sərhədçiləri tərəfindən silahın tətbiqi nəticəsində həyatını itirməsi barədə məlumat daxil olub.

“Mayın 18-də Mircavad Musayevin cənazəsi prokurorluq orqanlarının nümayəndəsinin iştirakı ilə rəsmi qaydada qəbul edilərək ailə üzvlərinə təhvil verilib. Baş vermiş hadisənin araşdırılması və nəticələri barədə məlumat verilməsinə dair İran tərəfinə müvafiq sorğu göndərilib”, - məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti