...

Meksikada pirotexnika sexində partlayış nəticəsində azı 2 nəfər həyatını itirib

Hadisə Materials 20 May 2022 03:57 (UTC +04:00)
Meksikada pirotexnika sexində partlayış nəticəsində azı 2 nəfər həyatını itirib

Bakı. Trend:

Meksikanın mərkəzindəki Puebla ştatında pirotexnika sexində güclü partlayış baş verib.

Trend "TASS"-a istinadla xəbər verir ki, bu barədə yerli "El Universal" qəzeti yazıb.

Qeyd olunur ki, insident San Migel Sakaola bölgəsində baş verib. Partlayış sexin yaxınlığındakı bir neçə binaya ziyan vurub. Hazırda hadisə yerində axtarış-xilasetmə işləri aparılır. Hadisənin mümkün səbəbləri barədə məlumat açıqlanmayıb.

2016-cı ilin dekabrında Meksikanın Tultepek bələdiyyəsində yerləşən böyük pirotexnika bazarı baş vermiş partlayış və yanğın nəticəsində məhv olmuşdur. O zaman faciədə 42 nəfər həyatını itimişdi, onlarla insan xəstəxanaya yerləşdirilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti