...

Sabirabadda birmərtəbəli ev yanıb

Hadisə Materials 26 May 2022 21:58 (UTC +04:00)
Sabirabadda birmərtəbəli ev yanıb

Bakı. Trend:

Sabirabad rayonunun Surra kəndində ümumi sahəsi 130 m² olan birmərtəbəli evin (tavanı qamış örtükdən ibarət) yanar konstruksiyaları və qismən içərisində olan ev əşyaları, bitişik ümumi sahəsi 24 m² olan talvarın lambirindən ibarət tavanı 3 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend- bildirilib ki, talvarın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti