...

Kolumbiyada mədəndə partlayış nəticəsində ölənlərin sayı 15-ə çatıb

Hadisə Materials 9 İyun 2022 22:23 (UTC +04:00)
Kolumbiyada mədəndə partlayış nəticəsində ölənlərin sayı 15-ə çatıb

Bakı. Trend:

Kolumbiyanın El Zulia bələdiyyəsində mədəndə baş verən partlayış nəticəsində itkin düşmüş hesab edilən 14 mədənçinin hamısı həlak olub.

Trend "TASS"a istinadla xəbər verir ki, bu barədə Kolumbiyanın milli mədən agentliyi "Twitter"-də məlumat yayıb.

Qeyd olunur ki, davamlı axtarışlardan La Mestiza mədəninin itkin düşmüş hesab edilən sonuncu işçisinin cəsədi tapılıb.

Qurum hadisə nəticəsində həlak olmuş 15 mədənçinin ailəsinə və yaxınlarına başsağlığı verib.

Xatırladaq ki, mədəndə partlayış mayın 30-da baş verib. İlkin olaraq mədənin uçması səbəbindən 14 mədənçi daxildə çıxılmaz vəziyyətdə qalmışdır. Partlayış zamanı yanıq xəsarətləri alan bir mədənçi xəstəxanaya çatdırılsa da, həkimlər onu xilas edə bilməmişdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti