...

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Hadisə Materials 12 İyun 2022 09:33 (UTC +04:00)

Bakı. Trend:

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, paytaxtın Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində ümumi sahəsi 93 m² olan 2 otaqlı mənzilin mətbəxində mebel 2 p.m yanıb, yüksək temperaturdan televizor qarsalanıb.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti