Bakı. Trend:
Bakıda silahlı şəxs saxlanıb.
Daxili işlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Əziz Nurullayevdən “Kalaşnikov” markalı avtomat silahı, 6 ədəd patron və 1 ədəd patron darağı götürülüb.
Araşdırma aparılır.