...

Bakıda intiharın qarşısını alan polis yaralandı

Hadisə Materials 18 İyun 2022 09:50 (UTC +04:00)
Bakıda intiharın qarşısını alan polis yaralandı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 17-si saat 21 radələrində Şirvan şəhər sakini, əvvəllər narkotik vasitələrin istifadəsinə və satışına görə məhkum olunmuş 32 yaşlı Elzamin Allahverdiyev paytaxtın Nəsimi rayonu ərazisindəki yaşayış binalarından birinin 5-ci mərtəbəsinə çıxaraq oradan özünü atmağa cəhd göstəriib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə yerinə gəlmiş Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı İ.Cavayev aşağı mərtəbədəki pəncərənin şüşəsinin yumruqla qıraraq E.Allahverdiyevin ayağından tutmuş və digər polis əməkdaşlarının köməyi ilə cəhdin qarşısını alaraq onun həyatını xilas edib.

Sağ bilək və baş nahiyəsindən kəsik xəsarətləri almış polis əməkdaşı DİN-in hospitalına yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.

Xəbər lenti

Xəbər lenti