...

Bakıda avtomobil təmiri sexində yanğın olub

Hadisə Materials 18 İyun 2022 23:54 (UTC +04:00)
Bakıda avtomobil təmiri sexində yanğın olub

Bakı. Trend:

Bakının Nəsimi rayonunda avtomobil təmiri sexində yanğın olub.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) İnformasiya portalına istinadla xəbər verir ki, qurumun "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi ünvanındakı avtomobil təmiri sexində yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilmiş operativ tədbirlər nəticəsində yanğın qısa müddətdə söndürülüb

Məqalədə:
Xəbər lenti

Xəbər lenti