...

Bakıda elektrik xətti dirəyinin hasarlanmasının qarşısı alınıb (FOTO/VİDEO)

Hadisə Materials 20 İyun 2022 15:30 (UTC +04:00)
Bakıda elektrik xətti dirəyinin hasarlanmasının qarşısı alınıb (FOTO/VİDEO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti ölkədə yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrinin icrasını davam etdirir.

FHN-dən Trend-ə bildirilib ki, Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 24 ünvanında yerləşən “Madonna” şadlıq sarayının bilavasitə ərazisində yüksək gərginlikli hava elektrik xəttinin dirəyinin hasara alınması barədə Dövlət Yanğın Nəzarəti Xidmətinə (Xidmət) məlumat daxil olub.

Məlumatla əlaqədar Xidmətin mütəxəssisləri tərəfindən əraziyə baxış zamanı həqiqətən də göstərilən ünvanda yerləşən yüksək gərginlikli hava elektrik xəttinin dirəyinin “Madonna” şadlıq sarayı tərəfindən hasarlanaraq sarayın həyətinə daxil edilməsi, bununla da yanğın təhlükəsizliyi sahəsində ciddi qayda pozuntusunun mövcudluğu öz təsdiqini tapıb.

Qeyd olunanları nəzərə alaraq, Xidmət tərəfindən dərhal aidyyəti üzrə məsələ qaldırılaraq hasarın sökülüb təhlükənin aradan qaldırılması təmin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti