...

Ağstafada 3 otaqlı ev yanıb

Hadisə Materials 2 İyul 2022 19:41 (UTC +04:00)
Ağstafada 3 otaqlı ev yanıb

Bakı. Trend:

Ağstafa rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Poylu qəsəbəsində ümumi sahəsi 110 m² olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları 80 m² sahədə və dam örtüyü 110 m² sahədə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti