Bakı. Trend:
Sumqayıt şəhərində 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1937-ci il təvəllüdlü Abdullayev Kərəm Mikayıl oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.