...

Qara Qarayev prospektində qəza baş verib, 5 nəfər yaralanıb (FOTO)

Hadisə Materials 6 İyul 2022 09:46 (UTC +04:00)
Qara Qarayev prospektində qəza baş verib, 5 nəfər yaralanıb (FOTO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Qara Qarayev prospektində metronun “Xalqlar dostluğu” stansiyasının qarşısında “Çinar Trans” MMC-nin istismarında olan 40 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

Trend xəbər verir ki, 99 JZ 249 DQN-lı avtobus dayanacağda olduğu zaman qanunsuz sərnişindaşıma ilə məşğul olan 99 DJ 615 DQN-lı Toyota Prius markalı minik avtomobili arxadan avtobusa dəyib. Daşıyıcı şirkətdən verilən məlumata əsasən qəza nəticəsində avtobusda olan sərnişinlərdən dörd nəfər və minik avtomobilinin sürücüsü xəsarət alıb.

Hadisə ilə bağlı müvafiq araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti