Bakı. Trend:
Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 600 m² (hər mərtəbəsi 300 m²) olan kafe kimi fəaliyyət göstərən ikimərtəbəli tikilinin 2-ci mərtəbəsinin tavanı və dam örtüyünün yanar konstruksiyaları 25 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.